İngiltərə

De Bruyne Runini ötdü

İngiltərə Premyer Liqasının 22-ci turunun matçında “Mançester Siti” “Bernli”ni qəbul və məğlub edib.

Aut.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne bu oyunda da asistlə yadda qalıb. O, “şəhərlilər”in ikinci qolunun müəllifi olan Julian Alvarezə məhsuldar ötürmə edib.

Belçikalı yarımmüdafiəçinin asisiti Premyer Liqada sayca 104-cü olub . Bu göstəriciyə görə, o, Ueyn Runini qabaqlayıb. De Bruyne hazırda liqa tarixində məhsuldar ötürmə sayında üçüncü yerə çıxıb. Yalnız Sesk Fabreqas (111) və Rayan Giqqs (162) ondan daha çox asist edib.