İngiltərə

Onlar bütün dövrlərdə oynaya bilər: Ferqyuson 3 futbolçunun adını çəkdi – VİDEO

Karyerası ərzində və onu başa vurduqdan sonra, Ser Aleks Ferqyuson razılaşmamaq çətin olduğu bir çox fikirlər söyləyib.

Aut.az xəbər verir ki, əfsanəvi məşqçi oyunöncəsi proqramlardan biri üçün “Mançester Yunayted”in sabiq oyunçularından hansının istənilən dövrdə oynaya biləcəyini açıqlayıb.

“Mən həmişə böyük oyunçuların istənilən dövrdə oynaya biləcəyinə inanmışam. Bobbi Çarlton bu gün əla oyunçu olardı. Ueyn Runi də o vaxt əla oyunçu olardı. 2004-cü ildə]o, maraqlı bir alış idi. Təqaüdə çıxmaq fikrindən vaz keçdikdən qısa müddət sonra onu aldıq. Klubu necə inkişaf etdirəcəyimizi yenidən düşünməli oldum. Qalmaq qərarına gəldikdən sonra yenidən gələcək haqqında düşünməyə başladım və düşüncəmin əsas məqsədi gənc oyunçular axtararaq komandaya enerji gətirmək idi”, – Ferqyuson deyib.

Ferqyuson fərqli bir dövrdə uğur qazana biləcək başqa bir “Yunayted” ulduzuna da eyham vurdu: “Əlbəttə, Kriştiano Ronaldo vardı, Runi vardı və bu, fantastik dövr idi. Hər ikisi inanılmaz idi. Ueyn cəmi 18 yaşı olmasına baxmayaraq, dərhal əsas komandanın oyunçusu oldu. Və o, 12 il “Mançester Yunayted”də oynadı”.

Ronaldo və Runinin birgə təşkil etdiyi bu qol 2006/07 mövsümünün ilk onluğuna daxil edilib.

Aut.az