Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.
Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
“Alanyaspor” azarkeşləri önündə “Pendikspor”la heç-heçəyə razılaşıb.
Azərbaycan yığmasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” bu turda Renat Dadaşovun çıxış etdiyi “Hatayspor”la qarşılaşıb. Matç Dadaşovun komandasının qələbəsiylə başa çatıb – 1:0.
Şahruddin bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb. Renat isə 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
“Adana Demirspor” 23 turdan sonra 31 xalla 7-ci, “Hatayspor” isə 25 xalla 14-cü sıradadır.
“Beşiktaş” səfərdə “Sivasspor”a məğlub olub. “Fənərbağça” isə 3 xalı 2 qolla qazanıb.
“Qalatasaray” hesabda geri düşdüyü matçdan qalib ayrıla bilib. “Trabzonspor” isə azarkeşləri önündə məğlub olub.
Türkiyə Super Liqası
XXIII tur
27 yanvar
Alanyaspor – Pendikspor 1:1
Qollar: L.Fer, 82 – M.Tiam, 78
Adana Demirspor – Hatayaspor 0:1
Qol: Nani, 44 (avtoqol)
28 yanvar
Konyaspor – Başakşəhər 2:3
Qollar: L.Prip, 8. 14. – K.Piatek, 67. 79. 90+5
Karagümrük – Rizespor 4:0
Qollar: V.Eysserik, 38. S.Dursun, 66. L.Mercan, 75. K.Keleş, 85.
Sivasspor – Beşiktaş 1:0
Qol: R.Maraj, 6.
Fənərbağça – Ankaragücü 2:1
Qollar: C.Ünder, 20. 32. – T.Ciyerci, 13
29 yanvar
İstanbulspor – Samsunspor 1:1
Qollar: E.Gültekin, 54 – E.Kılınc, 72.
Kayserispor – Antalyaspor 1:1
Qollar: A.Karimi, 61 – S.Larsson, 31.
Qalatasaray – Qaziantep 2:1
Qollar: V.Zaha, 72. B.A.Yılmaz, 90 – A.Kızıldağ
Trabzonspor – Kasımpaşa 2:3
Qollar: E.Destan, 19. P.Yıldırım, 90+!. – A.Kara 47. H.Hajradinovic. 58. N.Kosta, 75.