Türkiyə

“Qalatasaray”ın yeni hədəfi odur

“Qalatasaray” klubu “Trabzonspor”un ukraynalı müdafiəçisi Arseni Bataqovu transfer etmək variantını nəzərdən keçirir.

Aut.az xəbər verir ki, bu barədə “Fotospor” məlumat yayıb.

İstanbul təmsilçisi müdafiənin mərkəzində güclənmək istəyir, çünki hazırda komandanın heyətində yeganə solaxay mərkəz müdafiəçi Abdülkerim Bardakçıdır. “Qalatasaray” eyni üslublu müdafiəçini artıq qışda transfer etməyə çalışacaq.

Cari mövsümdə Bataqov Türkiyə çempionatında “Trabzonspor”un heyətində 10 oyuna çıxıb.

Aut.az