Xavinin yerinə göz dikdi, “Barsa” rəhbərliyini qəzəbləndirdi
“Barselona” B komandasının baş məşqçisi Rafael Markezin əsas heyətin sükanı arxasında Xavini əvəzləməyə hazır olması ilə bağlı son açıqlaması klub rəhbərliyini narazı salıb.
Aut.az xəbər verir ki, şənbə günü La Liqada “Vilyarreal”a 3:5 hesabı ilə uduzduqları oyundan sonra Xavi mövsümün sonunda komandadan ayrılacağını bildirib. Bundan cəmi 1 saat sonra Markez “Barsa”nın yeni baş məşqçisi olmağa hazır olduğunu bildirib.
“Marca”nın məlumatına görə, onun sözləri əks effekt verib və Kataloniya klubu üçün çətin bir dövrdə bu cür açıqlamalar verməyi yersiz hesab edən “Barselona”nın rəhbərliyini qəzəbləndirib.
