İspaniya

“Real”dakı gələcəyi ilə bağlı qərar verdi, Peresə bildirdi

Son vaxtlar “Real”ın ukraynalı qapıçısı Andrey Luninin yayda klubu tərk edəcəyi ilə bağlı çoxlu söz-söhbətlər gəzir. Çünki Lunin ehtiyat edir ki, qapıda belçikalı Tibo Kurtuaya şans veriləcək.

Aut.az xəbər verir ki, “Real”la bağlı xəbərlər üzrə ixtisaslaşmış “DefensaCentral” nəşrinin məlumatına görə, Lunin ayrılmaq niyyətində deyil.

Mənbə iddia edir ki, “Real Madrid”in prezidenti Florentino Peres Luninin nə istədiyini bilir. Andrey komandada qalmaq istədiyini bildirib, həm də yeni müqavilə təklifini gözləyir.

Ukraynalının hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir.

Aut.az