“Barselona”nın ulduzuna zəng etdi: Razı salmaq üçün
“Bayern”in baş məşqçisi Tomas Tuxel “Barselona”nın müdafiəçisi Ronald Arauxoya zəng vurub
Aut.az xəbər veirr ki, almaniyalı mütəxəssis uruqvaylı futbolçunu Münhen klubuna keçməyə razı salmağa çalışıb. Bu barədə “Sky Sport Germany” məlumat yayıb.
Mənbənin məlumatına görə, bu telefon danışığında Münhenin idman direktoru Kristof Freund da iştirak edib. Tuchel uruqvaylı müdafiəçiyə futbolçu keyfiyyətlərinə ehtiyacı olduğunu və qış transfer pəncərəsində onun “Bayern”ə qoşulmasında maraqlı olduğunu bildirib. Bununla belə, alman mütəxəssis Arauxonun 2024-cü ilin yayında transfer variantının da məqbul variant olduğunu vurğulayıb.
Cari mövsümün əvvəlində “pivəçilər” bu mövqedəki oyunçuların zədələnməsi səbəbindən müdafiə xəttini tamamlamaqda problemlər yaşayıb. Payızda Münhen klubu 35 yaşlı müdafiəçi Jerom Boatenqlə müqavilə imzalamağı düşünsə də, bu transfer son anda baş tutmayıb.
