Almaniya

“Bayer” onunla anlaşdı, qaldı klubu

“Jirona”nın 26 yaşlı yarımmüdafiəçisi Ales Qarsiya yayda klubunu dəyişə bilər.

Aut.az xəbər verir ki, Qarsiya “Bayer Leverkuzen”lə şifahi razılığa gəlib. “Əczaçılar” hazırda Kataloniya klubu ilə danışıqlar aparırlar. Futbolçunun transfer dəyərinin 15-20 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, Ales Qarsiya bu mövsüm “Jirona”nın heyətində 40 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az

Bayer Girona ulduzunu almağa daha yaxındır. Transfer məbləği məlumdur