“Bayern” onun transferini rəsmən elan etdi
“Bayern” transfer reallaşdırıb.
Aut.az xəbər verir ki, Münhen klubu “Qranada”nın futbolçusu Brayan Saraqosa ilə müqavilə imzaladığını rəsmən elan edib
22 yaşlı vinger 2024/25 mövsümündə “pivəçilər”in düşərgəsinə qoşulacaq. Onun “Bayern” ilə müqaviləsi 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub.
Almaniya çempionu İspaniya millisinin üzvünə görə qarşı tərəfə müqaviləsindəki sərbəst qalma məbləğini – 13 milyon avro ödəyib. Daha 2 milyon avro isə bonuslar şəklində ödənəcək.
Bu mövsüm Saraqosa “Qranada”nın heyətində 14 oyun keçirib və 5 qol vurub., O, “Barselona” ilə matçda (2:2) dubla imza atıb.
