İspaniya

Laportaya cavab verdi: Məhkəməni xatırlatdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona”nın prezidenti Joan Laportanın “kral klubu”nun hakimlərə təzyiq etdiyi ilə bağlı ittihamlarına cavab verib.

Aut.az xəbər verir ki, – Ançelottinin sözlərini “Mundo Deportivo” sitat gətirib.

“Mən belə mübahisələrə girməyi xoşlamıram. Bu həftə bu haqda çox danışıldı, amma mövzudan kənara çıxmayın. İspan futbolunda nə baş verdiyini hamı bilir və problem də budur. Bununla belə, La Liqa korlanmayıb. Mülki Qvardiya və prokurorluq son 20 ildə İspaniya futbolunu narahat edən problemlərə görə məhkəmə araşdırmasına başlayıb. Mövzudan kənara çıxmağa ehtiyac yoxdur”, – Ançelottinin deyib.

Xatırlatmaq istərdik ki, bu həftə İspaniyada “Real Madrid”in “Almeriya”ya 3:2 hesabı ilə qalib gəldiyi oyunda hakimlik məsələsi aktiv şəkildə müzakirə olunur. Bu görüş zamanı hakim VAR-a baxdıqdan sonra üç dəfə “Real”ın xeyrinə qərarı dəyişib.

Aut.az