“Allaha inandığına görə ona hamıdan çox hörmət edirəm”
WBC-nin ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri rəqibi ukraynalı Aleksandr Usik haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, mütləq çempion titulu uğrunda döyüşcəyi Usikə xüsusi hörmət bəslədiyini bildirib:
“O da mənim kimi mömindir. Biz ikimiz boks biznesinin ən mömin xristianlarıyıq. Qeyd-şərtsiz o, istədiyi kimi məşq edə bilər, mən də mənim seçdiyim kimi hazırlıq keçə bilərəm. Bununla belə, qələbə Allahın istədiyi şəxsin olacaq.
Mənşəyindən asılı olmayaraq, səngərdən və ya səltənətdən, Allahın seçilmişi qalib gələcək. Niyə mən ona bütün boksçulardan daha çox hörmət edirəm? Bunun səbəbi Allaha inanmasıdır”.
Qeyd edək ki, britaniyalı Tayson Fyuri ilə ukraynalı Aleksandr Usik fevralın 17-də Səudiyyə Ərəbistanında üz-üzə gələcək. Bu döyüş ağır çəki üzrə mütləq dünya çempionun adını müəyyənləşdirəcək.
