İspaniya

“Neftçi”nin transfer etmək istədiyi qapıçı “Atletiko”da

“Atletiko” “Rapid Buxarest”in və Rumıniya millisinin qapıçısı Horatiu Moldova ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, imzalanan sözləşmə 3,5 il müddətinə nəzərdə tutulub. Bu barədə Madrid klubunun rəsmi məlumat yayıb.

Bu keçidə görə “Atlteiko” “Rapid”ə 800 min avro ödəyib.

Bu mövsüm 26 yaşlı qolkiper “Rapid”in heyətində bütün yarışlarda 23 oyun keçirib. 2023-cü ildə Moldova Rumıniya millisinin əsas qapıçısına çevrilib. Avro-2024-ün seçmə mərhələsində 8 oyun keçirərək komandanı turnirin final hissəsinə vəsiqə qazanmasında pay sahibi olub.

Qeyd edək ki, Horatiunun xidmətində “Betis” və “Neftçi” kimi klubları da maraqlı idi.