İspaniya

“Real”ın futbolçusu Vinisiusla bağlı sözlərini dandı: Ondan danışmırdım

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa 17-ci turda “Sevilya”ya qarşı keçirilən oyunda (2:0) guya komanda yoldaşı Vinisius Junioru meydanda tənqid etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Aut.az xəbər verir ki, sosial şəbəkələrdə fasilə zamanı Madrid klubunun futbolçularının nəyisə müzakirə etdikləri video yayılıb. Həmin görüntülərdə Kamavinqa tərəfdaşlarından birinə “Əgər hərəkət etməsən, topu itirəcəksən” deyir. Ardınca kamera Vinisiusa yönəlir və bu da sözlərin məhz ona ünvanlandığı ehtimalını yaradıb.

Bu video ilə bağlı paylaşımlardan birinə Kamavinqa özü cavab verib: “Onu rahat buraxın, mən ondan danışmırdım”.

Cari mövsümdə Vinisius “Real”ın heyətində 24 oyunda meydana çıxıb, 5 qol vurub və 8 məhsuldar ötürmə verib.

Aut.az