“Real” İtaliya nəhənginin planını alt-üst edəcək?
“İnter” “Komo”nun yarımmüdafiəçisi Nikolas Pas üçün 58 milyon avro təklif etməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “neradzurri”nin planlarını 21 yaşlı futbolçunun gənclik sisteminin məhsulu olduğu “Real Madrid” alt-üst edə bilər. Onun müqaviləsində “Los Blancos”a Pası 9 milyon avroya almaq imkanı verən bənd var. İtaliya klubunun artıq futbolçunun ətrafı ilə danışıqlara başladığı vurğulanır. “İnter” ispaniyalının transferə açıq olduğuna əmindir.
Bu mövsüm Pas bütün turnirlərdə səkkiz matçda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 55 milyon avrodur.
Aut.az
