İtaliya

Qumarda bu qədər uduzub: Ayaqlarımı sınırmaqla hədələdilər

Futbol üzrə İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli mərclərə görə yığılan borcun məbləğini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

“Borcum artdı, ayaqlarımı sındırmaqla hədələdilər. Düşündüm ki, yalnız borclarımı ödəmək üçün oynayıram. “Yuventus” tərəfdarları mənim mərc etdiyim haqda heç nə bilmirdilər” deyən yarımmüdafiəçi 2,7 milyon avro itirdiyini bildirib.

Oktyabrın 14-də İtaliya millisinin futbolçusu Sandro Tonalinin qumar asılılığından müalicəyə başlayacağı məlum olub . O, Faqioli, həmçinin Nikola Zalevski və Nikolo Zaniolo qanunsuz mərc etməkdə ittiham olunublar.

22 yaşlı Faqioli 2022-ci ildən İtaliya millisində çıxış edir.

Aut.az