Bu istehzadır: Messi perulu futbolçunu rəzil etdi – FOTO
DÇ-2026-nın seçmə mərhələsində Argentina Perunu 2:0 hesabı ilə məğlub edib. Hər iki qolu Lionel Messi vurub.
Aut.az xəbər verir ki, Messi təkcə qolları ilə deyil, həm də driblinqi ilə yadda qalıb. Leo başgicəlləndirici driblinqi ilə perulu oyunçulardan birini bir neçə saniyə ərzində iki dəfə qazona sərib.

Perulu Messini cinahda təqib edib. Lakin Leo onun təqibindən asanlıqla qurtulub, rəqib isə yerdə qalıb. Daha bir futbolçu ona köməyə gəlib. Amma bu da kömək etməyib, o, yenidən yıxılıb və artıq uzanaraq Leonun driblinqini seyr edib.

Yaxşı, onu necə dayandırmaq olar?
Aut.az
