Dörd il əfsanəsiz: “Napoli” Maradonanı xatırladı – VİDEO
“Napoli” klubu 2020-ci ilin noyabrın 25-də dünyasını dəyişən əfsanəvi Dieqo Maradonanı yad edib.
Dieqo Maradona 1984-cü ildə “Napoli” ilə müqavilə imzalayıb. Argentinalı neapolluların iki dəfə İtaliyanın ən yaxşı komandası olmasına kömək edib.
Maradona İtaliya klubu ilə UEFA kubokunu, İtaliya kubokunu və İtaliya Superkubokunu qazanıb.
O, “Napoli”də karyerası ərzində 188 oyun keçirib və 81 qol vurub.
Dieqo Maradona Argentina milli komandasına da böyük töhfə verib və onu DÇ-1986-da çempionluğa aparıb.
2000-ci ildə FİFA ona Əsrin idmançısı adını verib.
Aut.az

