Çempionlar Liqası

ÇL-də 5-ci tur: Münhendə nəhənglərin qarşıdurması

Bu gün UEFA Çempionlar Liqasında 5-ci turun oyunlarına start veriləcək.

Aut.az xəbər verir ki, turun ilk oyun günündə 11 qarşılaşma baş tutacaq.

Gecənin maraqla gözlənilən əsas qarşılaşmasında “Bayern” Münhendə PSJ-i qəbul edəcək.

Bütün turnirlərdə ardıcıl 5 oyundur məğlub olan “Mançester Siti” isə azarkeşləri önündə “Feyenoord”la üz-üzə gələcək. “Barselona” da doğma azarkeşləri önündə meydana çıxacaq. Kataloniya klubu “Brest”lə (Fransa) görüşəcək.

Ötən tur “Mançester Siti”ni böyük hesabla (4:1) məğlub edən “Sportinq” bu dəfə başqa bir İngiltərə nəhəngi “Arsenal”la üz-üzə gələcək.

Qeyd edək ki, turun digər oyunları noyabrın 27-də keçiriləcək.

UEFA Çempionlar Liqası, 5-ci tur
26 noyabr
21:45 Slovan – Milan
21:45 Sparta – Atletiko
00:00 Mançester Siti – Feyenoord
00:00 Bayern – PSJ
00:00 İnter – Leypsiq
00:00 Barselona – Brest
00:00 Bayer – Zaltsburq
00:00 Sportinq – Arsenal
00:00 Yanq Boyz – Atalanta
00:00 Srvena Zvezda – Ştutqart
00:00 Şturm – Jirona