İspaniya

Prezident onu belə vəsf etdi

Joan Laporta Serji Busketsin “Barselona”dan ayrılması ilə bağlı danışıb.

Dünən yarımmüdafiəçinin mövsümün sonunda klubu tərk edəcəyi məlum olub.

“O, La Masiadan gələn nümunəvi insan, müstəsna oyunçudur. Oyunların sayına görə klub tarixində üçüncü yeri tutur – 700-dən çox.

O, 15 ildir “Barsa”nın rənglərini qoruyur, nişanımızı qoruyur və bir mövsümdə altı kubok qazanan oyunçulardan biridir. Bundan əlavə, o, artıq 31 titul qazanmış futbolçudur və ümid edirəm ki, tezliklə 32-ci titulunu qazanacaq.

Serji Buskets bir insan möhtəşəm, kapitan kimi etalondur. “Barsa”nın böyük kapitanı. O, gerbimizin bir parçası olan nümunəvi şəxsiyyətdir. “Barsa” həmişə onun evi olacaq”, – Kataloniya klubunun prezidenti deyib.

Aut.az