Dünya futbolu

Qalmaqal: Üç futbolçu Mançiniyə görə millidən imtina etdi

Səudiyyə Ərəbistanı millisinin üç futbolçusu Salman Əl-Fərəc , Xalid Əl-Qannam və Nəvaf Əl-Aqidi Roberto Mançininin baş məşqçisi olduğu milli komandada oynamaqdan imtina edib .

Aut.az xəbər verir ki, bu barədə Mançini özü məlumat verib.

“Milli komandada oynamamağa mən yox, onlar qərar verdilər. Əl-Fərəc mənə yoldaşlıq oyunlarına çıxmaq istəmədiyini, Əl-Qanem isə millidə oynamağı sevmədiyini söylədi. Əl-Aqidi (o, Asiya Kuboku üçün heyətə daxil edilmişdi) qapıçılar üzrə məşqçiyə bildirib ki, start heyətində olmasa, millidə qalmayacaq.

Amma qərarları verən mənəm. Onlardan millidə oynamaq istəyib-istəmədiklərini soruşduq və cavab “Yox” oldu.

Təcrübəli oyunçuların start heyətə düşmək istəyini başa düşürəm, amma gənc oyunçunun start yeri təmin olunmasa, niyə milli komandaya qoşulmaqdan imtina etdiyini anlamıram. Mən heyətə öz ölkəsini təmsil etmək istəyən oyunçuları daxil etmək istəyirəm və bu oyunçuların işi haqqında danışmağa qayıtmaq istəmirəm”, – deyə “Marca” Mançinidən sitat gətirib.

Xatırladaq ki, Asiya Kubokunda Səudiyyə Ərəbistanı millisi qrup mərhələsində Oman (16 yanvar), Qırğızıstan (21 yanvar) və Tailand (25 yanvar) milliləri ilə mübarizə aparacaq.

Aut.az