İngiltərə

“Siti”nin bu şərtlərinə görə onun transferindən vaz keçdilər

“Nyukasl Yunayted” “Mançester Siti”nin maliyyə tələblərinə görə yarımmüdafiəçi Kalvin Fillipsin transferindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Mənbənin bildirdiyinə görə, “sağsağanlar” futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəsələr də, “Mançester Siti” həddən artıq çox icarə haqqı istəyib və ingilisin yayda məcburi satınalma şərtini irəli sürüb.

“Transfermarkt” internet portalının məlumatına görə, 28 yaşlı ingilis futbolçu 2022-ci ilin yayında “Lids Yunayted”dən 49 milyon avroya “şəhərlilər”in düşərgəsinə keçib.

Bu mövsüm Fillips komandanın heyətində bütün turnirlərdə cəmi 10 oyun keçirib. 319 dəqiqə meydanda oynadı və cəmi bir qol vurub. Phillipsin bazar dəyəri 28 milyon avrodur.

Aut.az