Zədəsini sağaldıb, qayıdır
“Bayern”in yarımmüdafiəçisi Serj Qnabri zədəsini sağaldıb
Aut.az xəbər verir ki, o, artıq fərdi məşqlərə başlayıb. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü dekabrda ayaq əzələsi yırtığı diaqnozu ilə meydanlardan uzaq düşüb. Onun tədricən oyunlara çıxacağı bildirir.
Bu mövsüm iki dəfə zədələnən 28 yaşlı almaniyalı vinger Münhen klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirib və cəmi 1 qol vurub.
