“Turan Tovuz” özbəklərə məğlub oldu
Mövsümün ikinci yarısına hazırlıqlarını Antalyada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama oyununa çıxıb.
Aut.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv “Nasaf”la qarşılaşıb. 6 qolun vurulduğu görüşdə Özbəkistan təmsilçisi qələbə qazanıb.
“Turan Tovuz” bu gün digər yoxlama oyununda Macarıstanın “Şiofok” komandasına məğlub olub – 0:2.
Yoxlama oyunu
Turan Tovuz – Nasaf (Özbəkistan) 2:4
