Zidan La Liqa klubunda
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın kiçik oğlu Elias Zidan “Betis”in formasını geyinəcək.
Aut.az xəbər verir ki, futbolçu dünən tibbi müayinədən keçib və bu gün müqavilə bağlayacaq.
Elias “Real”ın akademiyasının yetirməsidir və ilk dəfə futbolçu kimi “Betis”də debüt edəcək.
