Dünya futbolu

19 yaşlı gürcü “Şaxtyor”a keçir

Tbilisi “Dinamo”sunun 19 yaşlı mərkəz müdafiəçisi Luka Latsabidze Donetsk “Şaxtyor”una keçə bilər.

Aut.az xəbər veririk, “Georgian Footy”nin məlumatına görə, “şaxtaçılar”la “Dinamo” arasında danışıqlar müsbət istiqamətdə gedib və yaxın vaxtlarda transfer elan oluna bilər. Ukrayna klubunun Latsabidze üçün təxminən 700 min avro ödəyəcəyi bildirilir.

Latsabidze ötən mövsüm əksər oyunlarını Tbilisi “Dinamo”sunun əvəzedici komandasında keçirib.

Aut.az