Messinin dünya kuboku ilə PSJ-nin stadionuna niyə buraxılmayıb? – Səbəb açıqlandı
PSJ prezidenti Nassir Əl-Xelaifi komandanın keçmiş hücumçusu Lionel Messinin Dünya Kuboku ilə “Park de Prins”in meydanına sahəsinə girməsinə icazə verilməməsinin səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, qətərli funksioner “RMC Sport”a açıqlamasında bu sözləri deyib:
“Biz Fransadayıq və Messi finalda Kilianı məğlub etdi. PSJ Fransa klubudur və mən bütün stadionun ona qarşı olmasını istəməzdim. Düşünürəm ki, biz buna hörmətlə yanaşmalıydıq”.
Qeyd edək ki, DÇ-2022-nin finalında Messi Argentinanın heyətində Fransaya qalib gəlib – 3:3, pen-4:2.
