Dünya futbolu

Lev Yaşin mükafatını onlardan biri qazanacaq

Nüfuzlu Fransa jurnalı “France Football” ilin ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatı üçün 2025-ci ilin namizədlərini açıqlayıb.

Aut.az xəbər verir ki, siyahıya 10 qapıçının adı daxil edilib. Bunlar Alisson Becker (“Liverpul”), Yassine Bounou (“Əl-Hilal”), Luka Şevalye (“Lill”), Tibo Kurtua (“Real”), Canluici Donnarumma (PSJ), Emiliano Martinez (“Aston Villa”), Yan Oblak (“Atletiko”), David Raya (“Arsenal”), Matz Sels (“Nottingem Forest”) və Yann Sommerdir (“İnter”).

Qalibin adı 22 sentyabrda Parisdə keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.

Lev Yaşin mükafatı 2019-cu ildən təqdim olunur. Bu vaxta qədər onu Alisson, Donnarumma, Kurtua və iki dəfə Emiliano Martinez qazanıb.

Aut.az