Dünya futbolu

Sabah açıqlanacaq

“Şaxtyor”un yeni baş məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, hazırda “Feyenoord”un baş məşqçisi Arne Slotun köməkçisi olan Marino Pusiç Donetsk təmsilçisinin “sükanı arxası”na keçəcək. Bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat yayıb.

İtalyan jurnalistin sözlərinə görə, danışıqlar 24 saat ərzində yekunlaşacaq. “Şaxtyor” sabah, oktyabrın 24-də Pusiçin təyinatını rəsmən elan edəcək.

Beləliklə, Çempionlar Liqasının üçüncü turunun oktyabrın 25-də “Barselona” ilə qarşılaşmasında “Şaxtyor”a Puşiç rəhbərlik edəcək.

LNZ ilə qələbə qazanılan görüş (3:0) Darijo Srna üçün “Şaxtyor”un müvəqqəti baş məşqçisi postunda yeganə olaraq qalacaq. O, idman direktoru postuna geri qayıdacaq.