“Atletiko” ona görə danışıqlara başladı
Hüquqları “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Atletiko”ya keçə bilər.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Madrid klubu artıq 22 yaşlı ingilis futbolçunun mümkün transferi ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb.
Daha əvvəl forvardla “Barselona”, “Real Sosyedad” və “Valensiya”nın maraqlandığı bildirilirdi.
Qrinvud bütün yarışlarda 15 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
