Digər

Biatlonun gözəli ağır xəstəliyə tutuldu – Karyerasını bitirdi

Çexiyalı biatlonçu Tereza Jandova karyerasını bitirmək məcburiyyətində qaldığını açıqlayıb.

Aut.az xəbər verir ki, 22 yaşlı idmançının bu çətin qərarına səbəb səhhətində yaranan ciddi problemlər olub. 2022-ci ilin avqustunda ona 1-ci tip şəkərli diabet diaqnozu qoyuldu, lakin buna baxmayaraq, insulin qəbul edərək yarışlara çıxıb.

Artıq diaqnozunu bilən Tereza Universiadada qalib gəldi, Yakub Kocian ilə birlikdə qarışıq estafetdə çempion oldu, həmçinin fərdi yarışlarda iki bürünc medal qazandı. Lakin səhhətində problemlər hələ də özünü hiss etdir və sonda Yandova özünə işgəncə verməmək qərarına gəlib.

“Mən gözəl biatlon karyeramı bitirmək qərarına gəldim. Əsas səbəb keçən yaydan bəri çılğınlaşan səhhətimdir. Bu il hazırlıq zamanı hiss etdim ki, nəsə səhvdir. Hər məşqlə performans aşağı düşürdü, ona görə də artıq yarış haqqında danışmağa ehtiyac yoxdur. Diabet artıq mənə yüksək səviyyədə yarımağa imkan vermirdi. Hesab edirəm ki, bu, düzgün qərardır. Bu yaxınlarda biatlon məni sevindirmədi, sadəcə olaraq səhhətimi pisləşdirdi”, – Tereza “İnstaqram” səhifəsində yazıb.

Aut.az