Usikin promouteri ərəblər haqda: Arzuları həyata keçirirlər
Aleksandr Usikin promouteri Aleksandr Krasyuk Səudiyyə Ərəbistanının boksa külli miqdarda pul tökməyə başlamasında və maraqlı döyüşlər keçirməsində heç bir problem görmür.
“Onlar Səudiyyə Ərəbistanında azarkeşlərin arzularını həyata keçirirlər. Biz ABŞ və ya Böyük Britaniyada baş verən böyük döyüşlərə öyrəşmişik. Lakin boksçular adətən müxtəlif promouterlərlə işləyirlər və onlar üçün razılığa gəlmək çətindir. Amma Səudiyyə Ərəbistanında azarkeşlərin nə istədiyini bilirlər.
Son vaxtlara qədər Coşua, Vilder, Parker, Dubois və bir çox başqalarının eyni gecədə döyüşdüyünü təsəvvür etmək çətin idi” Krasyuk deyib.
Aleksandr Usik fevralın 17-dəSəudiyyə Ərəbistanında bütün titullar uğrunda Tayson Fyuri ilə döyüşəcək.
Aut.az
