Dəhşətli qəza keçirən Coşuanın son durumu açıqlandı
“Matchroom Boxing” dəhşətli qəzaya düşən Entoni Coşuanın durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Aut.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
“Entoni Coşua Nigeriyanın Laqos şəhərində yol qəzasına düşüb..
İki yaxın dost və komanda üzvü Sina Qami və Robert Lats faciəvi şəkildə vəfat etməsi dərin kədər hissi ilə təsdiqləndi.
“Matchroom Boxing” Entoninin qəzada xəsarət aldığını və müayinə və müalicə üçün xəstəxanaya aparıldığını təsdiqləyir. Vəziyyəti stabildir və tibbi nəzarət altında qalacaq.
Bütün zərərçəkənlərin ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir və dualarımızı diləyirik. Bu son dərəcə çətin dövrdə onların şəxsi həyatına hörmətlə yanaşmanızı xahiş edirik.
Hazırda əlavə şərh verilməyəcək”, – deyə açıqlamada bildirilib.
Sina Qami Entoninin hazırlıq məşqçisi idi. O, cəmi iki həftə əvvəl boksçunun Ceyk Polla döyüşə hazırlaşmasına kömək etmişdi. Robert Lats isə britaniyalı boksçunun şəxsi məşqçisi idi.
Xatırladaq ki, Coşua Ceyk Pol üzərində qələbə qazandıqdan sonra Nigeriyada tətildə idi.
Aut.az
