AlmaniyaİngiltərəKateqoriyasız

Premyer Liqaya qayıdır

Premyer Liqanın iki klubu “Leypsiq”in hücumçusu Timo Vernerlə maraqlanır.

Aut.az xəbər verir ki, söhbət “Mançester Yunayted” və “Vest Hem”dən gedir. Bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Verner komandasındakı yerini itirib və klub onu cari mövsümün sonuna qədər icarəyə verməyə hazırdır.

27 yaşlı frovardla Premyer Liqanın daha iki klubu maraqlanır. Bunlar “Kristal Pelas” və “Fulhem”dir.

Bu mövsüm Verner “Leypsiq” üçün bütün turnirlərdə 14 matçda 2 qol və 1 məhsuldar ötürmə edib. Forvard daha əvvəl 2020-2022-ci illərdə “Çelsi” formasıyla Premyer Liqada çıxış edib.