Gələn il “Qızıl top”u kim qazanacaq?
“Goal” nəşri indidən 2024-cü ildə “Qızıl top” mükafatına namizədlərin yenilənmiş reytinqini təqdim edib.
Aut.az xəbər verir ki, siyahıda birinci yeri “Real”ın ingilis yarımmüdafiəçisi Cude Bellinqem tutur. O, “Ballon d’Or 2024”-ün əsas favoriti hesab edilir.
İkinci yerdə “Bayern”in hücumçusu Harri Keyn qərarlaşıb. “İlk üçlüy”ü PSJ-dən fransalı Kylian Mbappe tamamlayır.
“Əl Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo siyahıda 17-ci, hazırkı qalib Lionel Messi isə 19-cudur.
“Ballon d’Or 2024”-ü qazanmaq üçün ən yaxşı 10 favorit:
2. Harri Keyn (Bayern).
3. Kilian Mbappe (PSJ).
4. Erlinq Haaland (Mançester Siti).
5. Məhəmməd Salah (Liverpul).
6. Rodriqo Hernandes (Mançester Siti).
7. Antuan Qrizmann (Atletiko).
8. Bukayo Saka (Arsenal).
9. Deklan Rays (Arsenal).
10. Julian Alvares (Mançester Siti).
