“Siti” onu “Milan”dan oğurlaya biləcək?
“Mançester Siti” “Partizan”ın yarımmüdafiəçisi Matiya Popoviçi hədəfə alıb.
Aut”.azxəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildilir ki,”şəhərlilər” “Milan”ın da maraq dairəsində olan Popoviçi razı salmağı hədəfləyir. 17 yaşlı futbolçunun Serbiya klubu ilə müqaviləsi 2024-cü il yanvarın 1-də başa çatır. İtaliya təmsilçisi oktyabrdən bəri onunla danışıqlar aparır. Lakin hələlik heç bir razılıq əldə etməyib. İndi isə İngiltərə nəhəngi Matiyaya görə hərəkətə keçib.
Maraqlıdır ki, Matiya Popoviç hələ peşəkar futbolda debüt etməsə də, gənclər səviyyəsində əsl ulduzdur. 17 yaşadək futbolçulardan ibarət Serbiya çempionatında 25 oyun keçirib, 21 qol vurub, 5 məhsuldar ötürmə edib.
