İtaliya

“Napoli”də məşqçi dəyişikliyi – Rəsmi

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib və bu vəzifəyə Valter Matsarini təyin edib.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 ildən sonra komanda ilə İtaliya A Seriyasının qalibi olan Luçano Spalettinin yerinə bu yay Qarsiya dəvət olunmuşdu.

Lakin A seriyasında keçirdiyi 12 matçdan sonra “Napoli” 21 xalla 4-cü pillədə qərarlaşıb. Çempionlar Liqasının qrupunda Neapol klubu dörd oyundan sonra 7 xalla ikinci yerdədir.

İspan mütəxəssisin qovulmasında əsas amil “Napoli”nin son iki oyunu olub. “Napoli” “Union Berlin”lə Çempionlar Liqasında 1:1 hesablı heç-heçə edib, İtaliya çempionatında da “Empoli”yə uduzub (0:1).

Matsari artıq 2009-2013-cü illərdə neapollulara rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İtaliya kubokunu və gümüş medal qazanıb.

Aut.az