Gözünü bu komandaya dikib: Seçim imkanım olsaydı…
“Çelsi”, “Yuventus” və “Napoli”nin keçmiş baş məşqçisi, hazırda isə “Latsio”nun çalışdırıcısı Mauritsio Sarri hansı komandada işləmək istədiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Sarri, seçmək imkanı olsa, “Atletiko”nu çalışdırmaq istədiyini bildirib.
“Bir komanda seçmək məcburiyyətində olsaydım, “Atletiko”nu seçərdim. Onların atmosferini çox bəyənirəm. Amma Simeonenin yerini tutmazdım, ümid edirəm ki, o, daha on il qalacaq. Ancaq bir neçə il əvvəl məndən soruşsaydılar…” “Atletico Universe” “X” sosial şəbəkəsində (keçmiş Twitter) Sarridən sitat gətirib.
Mauritsio Sarrinin rəhbərliyi altında İtaliya çempionatının 2023/2024 mövsümündə keçirdiyi 15 matçda 21 xal toplayan “Latsio” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Aut.az
