Ronaldo onu qarabaqara izləyir
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo 2023-cü ildə 50-ci qolunu vurub.
Aut.az xəbər verir ki, 38 yaşlı hücumçu “Əl-Şabab”a 5:2 hesabı ilə qalib gəldikləri Kral Kubokunun 1/4 final matçında fərqlənib. Bununla portuqaliyalı superulduz “Mançester Siti”nin forvardı Erlinq Haalanda çatıb.
“Bayern”in futbolçusu Harri Keyn 49 qolla 2023-cü ilin bombardirləri yarışında 3-cüdür. Bu yarışda qalib olmağa namizədlərdən biri olan PSJ-nin ulduzu Kilian Mbappenin aktivində isə 48 qol var.
