Eniş yaşayır? – Məşqçisi deyir ki…
WBC versiyasında dünya çempionu Tayson Fyurinin məşqçisi Camal “Sugar Hill” Stüard boks ictimaiyyətinin yetirməsi haqda dedikləri “eniş yaşayır” fikrinə münasibət bildirib.
“Hər kəsin öz fikri var. Hər kəs səni bəyənməyəcək, kimsə həmişə sənin haqqında mənfi danışacaq. Hətta Mayk Tayson hamını nokaut edəndə tənqid olunurdu.
Həyatda həmişə tənqidə yer var. Mənim üçün bu sadədir. Bu barədə çox düşünmürəm. Hər kəsin öz fikrini söyləmək hüququ var, mənim də”, – Stüard “Boxing King Media” YouTube kanalına müsahibəsində deyib.
Xatırladaq ki, fevralın 17-də Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Fyuri WBA, IBF və WBO titullarının sahibi Aleksandr Usiklə mütləq çempion adı uğrunda döyüşəcək.
Aut.az
