Almaniya

Alonso “Bayer”dən ayrılır? – İkibaşlı danışdı

“Bayer”in baş məşqçisi Xabi Alonso Leverkuzen klubundan mümkün gedişi haqda danışıb.

Aut.az xəbər veririk, 42 yaşlı mütəxəssis “Real”dan ayrılacağı təqdirdə Karlo Ançelottinin yerinə əsas namizədlərdən biridir. “Bavariya” da ispaniyalının xidmətində maraqlıdır.

“Hər şey başqalarının verdiyi qərarlara əməl etməyə məcbur olub-olmamağınızdan və ya özünüz qərar vermək istəməyinizdən asılıdır. İndiyə qədər mənə hər şey aydın idi. Nə zaman ki, hiss etsəm uyğun məqam gəlib, onda özüm qərar verəcəm”, – Xabi Alonso “The Guardian”a müsahibəsində deyib.

Hazırda “Bayer” Bundesliqa turnir cədvəlinin zirvəsindədir və Avropanın ən yaxşı 5 liqasından bu mövsüm heç bir matçda məğlub olmayan yeganə klubdur.

Aut.az