Həbib karyerasını bərpa edir? – Əli aydınlıq gətirdi
MMA döyüşçülərinin məşhur misirli meneceri və “Dominance MMA Management”in rəhbəri Əli Əbdül-Əziz yüngül çəkidə sabiq UFC çempionu Həbib Nurməhəmmədovun potensialından danışıb.
Aut.az xəbər verir ki, Əli Həbibin qayıdıb-qayıtmayacağına da aydınlıq gətirib.
“Həbib karyerasını bərpa etsə, istədiyi titulu qazanacaq. Mən buna həqiqətən inanıram. Amma o, geri qayıtmayacaq”, – Əli Abdel-Əziz sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, Həbib Nurməhəmmədovun 35 yaşı var. Onun qarışıq döyüş növləri üzrə peşəkar rekordu 29-0-dır. Rusiyalı döyüşçü son döyüşünü 24 oktyabr 2020-ci ildə UFC 254 turnirində keçirib.
Onun rəqibi Castin Qetje olub. Həbib ikinci raundda amerikalını təslim edib. Həmin döyüşdən sonra Nurməhəmmədov idman karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az
