Slovakiyaya məğlubiyyətdən sonra paltardəyişmə otağında nə deyib?
Almaniya millisinin DÇ-2026-nın seçmə mərhələsində Slovakiyaya 0:2 hesabı ilə uduzmasından sonra mərkəz müdafiəçisi Antonio Rüdiger paltardəyişmə otağında emosional çıxış edib.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbə Rüdigerin sözlərini sitat gətirib: “Biz indi komanda kimi hərəkət etməliyik. Bu vəziyyətdən yalnız birlikdə çıxa bilərik. Bizə özümüzdən başqa heç kim kömək edə bilməz. Bunu yalnız birlikdə və birlik ruhunda edə bilərik”.
Aut.az
