Almaniya

“Bavariya” 35 yaşlı ulduzu ilə müqaviləni uzadır: Amma şərti var

“Bavariya”nın hücumçusu Tomas Müller Münhen klubunda qala bilər.

Aut.az xəbər verir ki, rəhbərlik bu yay başa çatacaq müqaviləni uzatmağa hazırdır.

Münhen komandası müqaviləni 2026-cı ilə qədər uzatmağa razıdır, ancaq bir şərtlə. Tomas Müller maaşının azalmasına razı olmalıdır. Bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq məlumat verib.

Tomas Müller “Bavariya”nın yetirməsidir. Bu mövsüm veteran 22 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az