Bundesliqa klubundan transfer
Almaniyanın “Maynts” klubu yeni transfer həyata keçirib.
Aut.az xəbər verir ki, “Aston Villa”nın keçmiş vingeri Ənvər Əl Qazi ilə müqavilə imzalanıb. 28 yaşlı niderlandlı futbolçu ilə anlaşmanın müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
O, komandaya azad agent kimi qoşulub. Bu səbəbdən transfer pəncərəsinin bağlı olmasına baxmayaraq, keçidini reallaşdırmaq mümkün olub.
Qeyd edək ki, Ənvər Əl Qazi ötən mövsüm PSV-nin heyətində 32 oyun keçirib. O, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.
