“Barsa”nın gələcək üçün planı: Görün kimə göz dikiblər
“Barselona”nın baş məşqçisi Xavi “Mançester Siti”nin hücumçusu Julian Alvaresi ixtiyarında görmək istəyir.
Aut.az xəbər verir ki, 43 yaşlı mütəxəssis onu komandanın gələcəyi üçün ideal variant hesab edir. Bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Alvares 2022-ci ilin yanvarında “River Pleyt”dən “Mançester Siti”yə keçib. Transfer məbləği 21,4 milyon avro təşkil edib. Oyunçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Alvaresi 80 milyon avro dəyərində qiymətləndirir.
Bu mövsüm 23 yaşlı forvard 22 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
