İngiltərə

“Yunayted”in yeni stadion planı: Görün İngiltərə iqtisadiyyatı nə qədər qazanacaq

“Mançester Yunayted” doğma stadionunun taleyi ilə bağlı qərar qəbul etməzdən əvvəl gələn ilin büdcə dəyişikliklərini gözləməyi planlaşdırır.

Aut.az xəbər verir ki, klub həm 100 min yerlik yeni arenanın tikintisini, həm də mövcud arenanın yenidən qurulmasını nəzərdən keçirir. “The Telegraph” yazır ki, yekun qərar 2025-ci ilin yayında veriləcək.

Təxminən 500 000 “Mançester Yunayted” azarkeşi arasında aparılan sorğu göstərib ki, 52% yeni stadionun tikintisinə hazırdır. “Old Trafford”un yenidən qurulmasını respondentlərin 31%-i dəstəkləyir, təxminən 17%-i isə hansı variantın onlara daha yaxın olduğuna cavab verməkdə çətinlik çəkir.

“Oxford Economics” hesabatında iddia edir ki, ətraf bölgənin inkişafının potensial faydaları 92.000 iş yerinin yaradılması, 17.000-dən çox yeni ev və ildə əlavə 1.8 milyon ziyarətçinin daxil olmasını əhatə edəcək. Klubun sifarişi ilə bu yaxınlarda aparılan texniki-iqtisadi əsaslandırma, “Trafford Parkın” yeni 100.000 tamaşaçı tutumlu stadionla yenidən qurulmasının Böyük Britaniya iqtisadiyyatına ildə 7,3 milyard funt-sterlinq gəlir gətirə biləcəyini müəyyən edib.

Layihənin əhəmiyyətini nəzərə alaraq, Trafford Şəhər Şurasının iclasında “Mançester Yunayted”in baş əməliyyat direktoru Kollette Roş, azarkeşlərlə əlaqə üzrə rəhbəri Rik Makqa, eləcə də klubun bir neçə yüz azarkeşi iştirak edəcək.

Aut.az