İngiltərə

Barmağı ilə onu göstərərək deyib: “Siti”nin baş məşqçisi olacaq

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ötən mövsüm İngiltərə Premyer Liqasında səfər oyunundan sonra “Brayton”un üç futbolçusu ilə danışıb.

Aut.az xəbər verir ki, “The Telegraph”ın jurnalisti Ceyms Dukerin məlumatına görə, ispan mütəxəssis onlarla ünsiyyətdə olarkən barmağını Roberto de Zerbiyə işarə edərək “Bu, “Mançester Siti”nin növbəti baş məşqçisidir” – deyib.

Qeyd ki, De Zerbi ötən mövsümdən “Brayton”u çalışdırır. İtaliyalı mütəxəssis 2022-ci ilin sentyabrında Qrem Potteri əvəzləyib. Robertonun rəhbərliyi altında “qağayılar” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Premyer Liqanın növbəti turunda “Brayton” “Mançester Siti”nin qonağı olacaq.

Aut.az