Dünya futbolu

Nəhənglər onun izində

“Kopenhagen”in vingeri Rony Barqi Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, “Barselona”, “​​Bayer Leverkuzen”, “Yuventus” və “Çelsi” kimi klublar 18 yaşlı futbolçunun çıxışlarını diqqətdə saxlayır. Bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat yayıb.

İsveçli Barqi Danimarka klubunun yetirməsidir. “Transfermarkt” onun dəyərini 4 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm isveçli futbolçu 28 oyun keçirib və 11 qol vurub.