Azərbaycan futbolu

Millimiz qrupda son oyuna çıxır

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində qrupda son oyununu keçirəcək.

Aut.az xəbər verir ki, millimiz “Dalğa Arena”da, saat 19:00-da start götürəcək oyunda Farer adaları yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq Azərbaycan – Farer adaları qarşılaşmasını İsveçdən olan hakimlər briqadası idarə edəcək:

Azərbaycan – Farer adaları

5 dekabr. “Dalğa Arena”. Saat 19:00

Baş hakim: Lovisa Johansson

Baş hakimin köməkçiləri: Camilla Stendahl, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Ben