Azərbaycan futbolu

Mövsümün ilk məşqçi istefasına doğru: Qurban kimdir?

Azərbaycan Premyer Liqasında cari mövsümün ilk baş məşqçi istefası reallaşa bilər.

Aut.az-ın əldə etdiyi məlumata görə, çempionatın autsayderi olan “Kəpəz” rəhbərliyi baş məşqçi axtarışlarına başlayıb. Gəncə təmsilçisinin rəhbərliyi artıq bir neçə mütəxəssisin adı yer alan siyahı üzərində araşdırma aparır. Klub daxilində təmizləmə əməliyyatı aparmağa başlayan idarə heyətinin sədri baş məşqçi dəyişikliyini də nəzərdən keçirir.

“Kəpəz”in rəhbəri hazırkı çalışdırıcı Azər Məmmədovla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Ancaq 47 yaşlı mütəxəssisin rəhbərliyi altında komandanın uğursuz çıxış etməsi onu narahat etməyə başlayıb. “Turan Tovuz”la oyunda “Kəpəz”in darmadağın olması (0:4) bu məsələdə böyük rol oynayıb.

12-ci tur çərçivəsində keçiriləcək “Qarabağ”la oyunda komanda oxşar vəziyyətlə üzləşərsə, Məmmədov dərhal istefaya göndəriləcək. Artıq bu barədə məşqçinin özünə məlumat verilib.

Aut.az